Bazar, 19 May

Uçuşdan qorxdu, "təyyarədə bomba var" dedi

image

Pulkovo hava limanında sərxoş sərnişin təyyarədə bomba həyəcanı yaşadıb.

Xəbər verilir ki, Vladivostoka uçan 59 yaşlı Sankt-Peterburq sakini səmada təxminən doqquz saat qalmaqdan qorxub.

O, təyyarə uçuşa hazırlaşarkən “Boeing 777”yə bomba gətirdiyini deyərək, qışqırıb və partlayıcı qurğunu işə salmaqla hədələyib.

Həmin sərnişin polisə təhvil verilib. Təyyarə, 230 sərnişin və 6 ekipaj üzvü, həmçinin bütün baqajlar yoxlanılsa da heç bir partlayıcı tapılmayıb və təyyarə təyinat yerinə uçub.

Hadisə ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxsin 15 sutka müddətinə həbs olunması gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41